"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bəzi “xruşşovka” tipli binalar müəyyən müddətdən sonra sökülə bilər

--2016-12-22 / 10:09

insan həyatına təhlükə yaradan və şəhərin görüntüsünə ciddi xələl gətirən “xruşşovka” tipli binalar müəyyən müddətdən sonra sökülə bilər.

AZəRTAC xəbər verir ki, bu barədə Bakı Dövlət Layihə institutunun direktoru ilqar isbatov jurnalistlərə açıqlamasında deyib.

Hazırlanan pilot layihələrdən danışan i.isbatov bildirib ki, binaların sökülməsi ilə bağlı pilot layihələrin əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin olunmasıdır. ikinci bir vacib məqsəd isə həmin binaların şəhərin görüntüsünə xələl gətirməsinin qarşısını almaqdır.

i.isbatovun sözlərinə görə, sökülməsi nəzərdə tutulan əsas tikililər - 1-2 mərtəbəli evlərdır. “Xruşşovka” tipli binalar da müəyyən müddətdən sonra sökülə bilər. Lakin, ilk növbədə, azmərtəbəli binalardan başlamaq lazımdır.

i.isbatov qeyd edib ki, hazırda bu pilot layihələr çərçivəsində Bakının Sabunçu, Binəqədi, Nəsimi, Yasamal, Xətai və Nizami rayonlarında söküntü işləri aparılır.

http://azertag.az/xeber/Bezi_xrussovka_tipli_binalar_mueyyen_muddetden_sonra_sokule_biler-1021552

ŞƏRHLƏR